Canavar qoyun otaran gənci ağır yaraladı

canavar-qoyun-otaran-genci-agir-yaraladi
Oxunma sayı: 3122

Mingəçevir şəhərində qoyun otaran gənc oğlana canavar hücum edib.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, nəticədə şəhərin Turbaza adlanan ərazisində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1992-ci il təvəllüdlü Məsimov Elçin Xəlil oğlu ağır bədən xəsarətləri alıb.
Həkimlər xəstəxanaya yerləşdirilən gəncin vəziyyətini ağır qiymətləndirirlər.

Məlumata görə, Elçin Məsimov baş nahiyəsindən xəsarət alıb. Canavar eyni zamanda 4 qoyunu parçalayıb.