Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib

cahangir-haciyev-ali-mehkemeye-muraciet-edib
Oxunma sayı: 2037

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Apellyasiya Məhkəməsinin ilkin hazırlıq iclasındakı qərarından kassasiya şikayəti verib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində dekabrın 9-da hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkillərinin cinayət işinə xitam verilməsi, onun ev dustaqlığına buraxılması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatətləri təmin edilməyib.

Onlar bu qərardan Ali Məhkəməyə şikayət ediblər.

Qeyd edək ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd