Bulvarda yeniyetməni intihara sürükləyən - Şok səbəb

bulvarda-yeniyetmeni-intihara-surukleyen-
Oxunma sayı: 3156

Bakıda 16 yaşlı oğlan özünü bulvar ərazisindən dənizə ataraq intihara cəhd edib.

"Qafqazinfo"nun Lent.az-a istinadən məlumatına görə, yaxınlıqdakı polislər və vətəndaşlar intihara cəhdin qarşısını alıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, özünü öldürmək istəyən yeniyetmə 1999-cu ildə Qazax rayonunda anadan olmuş Həmzəyev Tamerlandır (ad və soyad şərtidir).

Polis Bölməsində izahatı alınan T.Həmzəyev deyib ki, bir müddət əvvəl valideynləri boşanıb. Bundan sonra atası ona öz soyadını verməkdən də imtina edib. Buna görə də o, özünə qəsd etmək istəyib.