Bulvarda intihar etdi

bulvarda-intihar-etdi
Oxunma sayı: 1578

Bu gün Bakı bulvarında intihar hadisəsi baş verib. "Qafqazinfo" Lent.az-aı istiadən xəbər verir ki, saat 08:30 radələrində Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının arxa hissəsində 25-30 yaşlı kişi özünü dəniz atıb. Dərhal parkın mühafizəçiləri və xilasedicilər kömək etməyə çalışsalar da, üzə bilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxsin meyiti sudan çıxarılıb. Meyit 1 saylı şəhər xəstəxanasının morquna aparılıb.

İlkin olaraq ölən şəxsin üzərindən hər hansı sənəd tapılmayıb. Faktla bağlı araşdırmalar aparılır.