Bu gün Bakıda neçə qəza baş verib?

bu-gun-bakida-nece-qeza-bas-verib
Oxunma sayı: 1224

Bu gün qarlı və buzlu hava şəraiti ilə bağlı Bakıda 7 yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, şəhər əraisində cüzi maddi ziyanla nəticələnən 7 yol qəzası baş verib və xəsarət alan olmayıb: "Hələlik bu saata qədər baş verən qəzalarda xəsarət alınması ilə bağlı məlumat yoxdur. Bu hadisələrin də baş verməsinə səbəb yol və metroloji şəraitin nəzərə alınmamasıdır".