Bir qrup həmkəndlisi tərəfindən döyüldü

bir-qrup-hemkendlisi-terefinden-doyuldu
Oxunma sayı: 3017

Tərtərdə yerli sakinlər arasında dava baş verib.

“Qafqzinfo” report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı Hüseynov Rəşad Yaşar oğlu bir qrup həmkəndlisi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan kənd sakini Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta ağırdır.

Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.