Bir ilə 69 “avtoş”...

bir-ile-69-avtos
Oxunma sayı: 1169

"Yol hərəkətinə nəzarət prosesində 11,6 faiz az və ya 775.005, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 576.380, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 8.290, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4.269 inzibati xəta aşkarlanıb, habelə 69 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri nazir Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

O qeyd edib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi il ərzində ciddi nəzarətdə saxlanılıb:

"Baş Polis İdarəsinə 39.674 ərizə və müraciət daxil olub, 1.805 vətəndaş qəbul edilib".