Bir göyərçinə görə adam öldürdü - 14 il həbs

bir-goyercine-gore-adam-oldurdu-
Oxunma sayı: 2349

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində göyərçinə görə qonşusunu öldürməkdə təqsirləndirilən Qüdrət Kərimovun cinayət işi üzrə məhkəməvprosesi yekunaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hokum ilə Q.Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin devral ayında Saray qəsəbəsində baş verib. Qətlə yetirilən Kamran Babayevlə Q.Kərimov hər ikisi göyərçin saxlamaqla məşğul olub. Onların arasında bir göyərçinin kimə məxsus olması barədə mübahisə düşüb. Keçmiş məhkum K.Babayev Q.Kərimovu söyüb, o da qonşusunu güllələrəyək öldürüb.

Q.Kərimov Cinayət Məcəlləsinin120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə təqsirləndirilir.

Murad Əhməd