“Bina yandırılıb” - Zərərçəkmiş+Yenilənib

bina-yandirilib
Oxunma sayı: 2109

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları baş tutub.

M.Mahmudovun vəkili İlhamə Həsənova çıxış edərək müvəkillinin təqsirsiz olduğunu, istintaqın düzgün aparılmadığını, müdafiə etdiyi şəxsin həbsinin sifarişli olduğunu deyib.

Məhkəmə prosesində fasilə elan olunub.

***

Fasilədən sonra zərərçəkmiş Feyzulla Bağırov replika hüququndan istifadə edərək çıxış edib və binanın yandırıldığını güman etdiyini deyib.

Təqsirləndirilən Qəzənfər Novruzov son sözlə çıxış edərək barəsində bəraət hökmü verilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 23-də davam etdiriləcək.

Murad Əhməd