Bilmədən özünü güllələdi

bilmeden-ozunu-gulleledi
Oxunma sayı: 1606

Goranboy rayon sakini özü özünü güllələyib.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə fevralın 5-də baş verib.

Goranboy rayonunun “Korçay” adlandırılan otlaq sahəsində rayon sakini Arif Ramazanov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ əməkdaşları tərəfindən hadisə yerindən ov tüfəngi götürülüb.