Biləsuvardakı qəzada biri azyaşlı olmaqla - 5 nəfər yaralanıb

bilesuvardaki-qezada-biri-azyasli-olmaqla
Oxunma sayı: 1218

Biləsuvarda yol qəzası baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 55 yaşlı Raisa Həsənağa qızı Ağayeva, 20 yaşlı Arzu Məmməd qızı Əlayə, 53 yaşlı Natəvan Əziz qızı Bayramova, Masallı rayon sakinləri - 26 yaşlı Nigar Məmməd qızı Məmmədova və 7 yaşlı Nəzrin Anar qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.