Biləsuvarda 9 yaşlı qız çayda boğuldu - Meyiti tapılmayıb

bilesuvarda-9-yasli-qiz-cayda-boguldu
Oxunma sayı: 2001

Biləsuvar rayonunda azyaşlı qız çaya düşərək boğulub.

Qafqazinfo”nun Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun mərkəzindən keçən Balharı çayında baş verib.

Yerli sakinlərin sözlərinə görə, fevralın 25-də günorta saatlarında 9 yaşlı qız uşağı həmin çaya düşüb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Çayın suyu lilli olduğundan qızı tapmaq hələ ki, mümkün olmayıb.

Axtarışlar davam edir.