Bıçaqladı, 9 il həbs aldı

bicaqladi-9-il-hebs-aldi
Oxunma sayı: 680

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu bıçaqlayan Mübariz Əmirşahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilı M.Əmirşahov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-ci il mayın 20-də Quba şəhərində baş verib. Əvvəllər məhkum olunmuş Mübariz Əmirşahov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Kərimovu bıçaqlayıb.

Murad Əhməd