Bıçaq yarası aldı - Qohumları yıxılıb dedilər

bicaq-yarasi-aldi-
Oxunma sayı: 2157

Daşkəsən rayonunun Qabaqtəpə kəndində bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Ceyhun Mübariz oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Zərərçəkən yaxınlıqdakıların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Xəstənin qohumları onun yıxılaraq xəsarət aldığını bildirsələr də, həkimlər bunun bıçaq yarası olduğunu qeyd ediblər.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.