Beynəlxalq Təşkilatın Azərbaycandakı rəhbəri qəzaya düşdü

beynelxalq-teskilatin-azerbaycandaki-rehberi-qezaya-dusdu
Oxunma sayı: 1927

Bakıda diplomatik nümayəndəliyin rəhbəri qəzaya düşüb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda bir neçə gün öncə baş verib.

H.Zərdabi küçəsində gecə saat 23 radələrində Türkiyə vətəndaşı, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sehran Aktoprakın idarə etdiyi Hyundai İX-35 markalı avtomobillə Bakı şəhər sakini Etibar Qasımovun idarə etdiyi "Nissan Tiana" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil zədələnib, xəsarət alan olmayıb.

Murad Əhməd