Beynəlxalq Bank işinə görə tutulan şirkət rəhbəri - Azadlıqda

beynelxalq-bank-isine-gore-tutulan-sirket-rehberi-
Oxunma sayı: 3494

Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov azadlığa buraxılıb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, müvafiq məhkəmə qərarı ilə A.Həsənov barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Xatırladaq ki, bu il may ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev,"Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz və iş adamı Cavid Muxtarov azadlığa buraxılıblar. Həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan şəxslər 2015-ci ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.