Bərdədə maşın su kanalına düşdü - 3 nəfər boğulub öldü

berdede-masin-su-kanalina-dusdu
Oxunma sayı: 4536

Bərdədə 3 nəfərin ölümü və 1 nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib.

Bərdə rayon Hızırlı kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb. 

Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.

Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.