Bərdədə azyaşlını maşın vurdu

berdede-azyaslini-masin-vurdu
Oxunma sayı: 714

Bərdə rayonunda azyaşlının xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən azyaşlını vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.