Bələdiyyənin 5 hektar sahəsi yandı

belediyyenin-5-hektar-sahesi-yandi
Oxunma sayı: 832

İmişli rayonunda taxıl sahəsi yanıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli rayonunda vətəndaşa məxsus ərazidə 5 ha biçilməmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə kol-kos yanıb.

Ərazidə olan digər taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.