Bələdiyyə sədri ilə ərini öldürən məhkəmə qarşısında

belediyye-sedri-ile-erini-olduren-mehkeme-qarsisinda
Oxunma sayı: 3087

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və onun həyat yoldaşı Vəfadar Həsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 8-də Saray bələdiyyə sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin başını kəsib, ərini isə odlu silahla ürəyindən qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin torpaq üstündə olduğu bildirilib.

35 yaşlı Fədai Hüseynov Vəsilə Həsənovanın sürücüsü olub. 

Murad Əhməd