Bank müdirinin qətlinin görüntüləri nümayiş olunacaq

bank-mudirinin-qetlinin-goruntuleri-numayis-olunacaq
Oxunma sayı: 3447

Bu gün Bakı Apelyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İlqar Muquzovun sədrliyi ilə keçirilən iclasda tərəflər sübutları təqdim ediblər.

M.Səfərovun vəkili Cavid Rzazadə vəsatət verərək məhkəmə prosesinin tam istintaqla keçirilməsini istəyib.

Vəsatət qismən təmin edilib, prosesin qismən istintaqla keçiriləcəyi bildirilib. Belə ki, qətl hadisəsini əks etdirən videoya baxış keçiriləcək və zərərçəkmiş şəxslər dindiriləcək.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 22-də Avropa otelinin idman zalında baş verib.

Murad Əhməd