Bank müdirinin ölüm anının görüntüləri vəkilə təqdim edilmir

bank-mudirinin-olum-aninin-goruntuleri-vekile-teqdim-edilmir
Oxunma sayı: 3807

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Fuad Şabayev ifadə verib.

Müdafiə tərəfinin hadisəni əks etdirın kamera görüntülərinin onlara təqdim edilməsi barədə verdiyi vəsatət təmin edilməyib.

Vəkil Cavid Rzazadənin ötən prosesdə verdiyi 5 vəsatətdən biri, otel rəhbərliyinə kameraların yerləşmə mexanizmi barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsi təmin edilib. Digər vəsatətlər təmin edilməyib.

Cavid Rzazadənin məhkəmə tərkibinə etiraz vəsatəti baxılmamış saxlanılıb.

Sənan Quliyevin vəkili Vasif Israfilov Ağır Cinayətlər Məhkəməsinin tərkibinə etiraz vəsatəti hazırlamaq üçün vaxt istəyib.

Möhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Məhkəmə prosesindən geniş reportaj bir neçə saatdan sonra “Qafqazinfo” da dərc ediləcək.

Murad Əhməd