Balakəndə inzibati binada yanğın olub

balakende-inzibati-binada-yangin-olub
Oxunma sayı: 638

Bu gün gündüz saatlarında Balakən rayonunda yanğın faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, rayonda inzibati binada ümumi sahəsi 340 kv.m olan birmərtəbəli evin dam örtüyü 200 kv.m sahədə yanıb. Hadisə yerinə Dərhal FHN qüvvələri cəlb edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.