“Baku Bus”un xadiməsinin 5 min manatı oğurlandı

baku-busun-xadimesinin-5-min-manati-ogurlandi
Oxunma sayı: 1952

Bakıda oğurluq etmiş şəxs polis tərəfindən tutulub.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, mayın 25-də Zığ qəsəbəsində yerləşən "Baku Bus"un avtobus parkının mətbəxindən orada xadimə işləyən 1974-cü il təvəllüdlü Paşayeva Şəfəq Mahmud qızının 5 manat pulu oğurlanıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Biləcəri qəsəbə sakini, 1983-cü il təvəllüdlü Mahir Allahverdiyev tərəfindən oğurlanması müəyyən edilib və mayın 28-də o tutulub.

Qeyd edək ki, pulu oğurlanan qadın Qaraçuxur qəsəbəsindəki nömrəsiz evdə kirayə yaşayır.

Faktla bağlı araşdırma aparılır.