Bakıdakı partlayışda yaralananların adları açıqlandı

bakidaki-partlayisda-yaralananlarin-adlari-aciqlandi
Oxunma sayı: 3299

Dünən Bakıda ölümlə nəticələnən partlayışda yaralananların adları da açıqlanıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 11 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində yerləşən ümumi sahəsi 50 kvm. olan kafedə məişətdə isifadə edilən qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, orada işləyən Bakı şəhər sakinləri Əsli Qasımova hadisə yerində ölüb, Tərlan Nağıyev, İsgəndər Əlişov və qızı Vüsalə, Zaqatala rayon sakini Elnarə Kərimova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Murad Əhməd