Bakıda “VAZ” “Mercedes”lə toqquşdu, yanğın oldu

bakida-vaz-mercedesle-toqqusdu-yangin-oldu
Oxunma sayı: 898

Bakıda yol qəzası baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.