Bakıda sürücü piyadanı döydü

-bakida-surucu-piyadani-doydu
Oxunma sayı: 2146

Bakıda sürücü xuliqanlıq zəmnində paytaxt sakinini döyüb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü paytaxt sakini Bayram Nəcəfovu döyüb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.