Bakıda silahlı “zek” saxlanıldı

bakida-silahli-zek-saxlanildi
Oxunma sayı: 1306

Bakıda keçmiş məhbusdan tapanaça və patron aşkar olunub.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Pənahovdan nömrəsi silinmiş “FM Brovning m 1922” markalı tapança, 6 ədəd patron və patron darağı götürülüb. Araşdırma aparılır.

Murad Əhməd