Bakıda silahlı insident - Gənc bıçaqlanaraq güllələndi

bakida-silahli-insident-
Oxunma sayı: 7298

Bakının Nərimanov rayonunda silahlı insident baş verib.

“Qafqazinfo” teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun M.Məmmədov küçəsi, ev 16 ünvanının qarşısında qeydə alınıb. 1990-cı il təvəllüdlü Vüsal Feyzulla oğlu Babayev həmin ünvanda güllələnib. O, güllə yarası ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi müayinə zamanı onun bədənində güllə yarası ilə yanaşı bıçaq xəsarəti də aşkar edilib. Vüsal Babayev həmçinin sol kürək və bud nahiyyəsindən xəsarətlər də alıb. Kliniki Tibbi Mərkəzin travmatologiya şöbəsində tibbi yardım alan Vüsal Babayevin səhhətinin qənaətbəxş olduğu bildirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “Makarov” tipli tapançaya aid iki ədəd giliz götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır.