Bakıda sahibkarın mağazasından heroin çıxdı

bakida-sahibkarin-magazasindan-heroin-cixdi
Oxunma sayı: 1705

Bakıda sahibkarın mağazasından narkotika aşkarlanıb.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam İsmayılovdan 0,147 qram heroin götürülüb.

Onun rayon ərazisindəki mağazasına baxış zamanı isə əlavə olaraq 300,822 qram heroin aşkar edilərək götürülüb.