Bakıda qadın Ukrayna vətəndaşının pulunu oğurladı

bakida-qadin-ukrayna-vetendasinin-pulunu-ogurladi
Oxunma sayı: 1149

Bakı şəhərində kirayə yaşayan əcnəbinin pulu oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 20-dən 26-dək olan müddətdə Yasamal rayonunun M.Muxtarov küçəsində kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 ABŞ dolları oğurlanıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada qulluqçu işləyən, Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd