Bakıda polis qəza törətdi - Fotolar + Yenilənib

bakida-polis-qeza-toretdi
Oxunma sayı: 8420

Bakının Fəhlə prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində  “Volkswagen Passat CC” tanınmaz hala düşüb. 

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

***

AzNews.az xəbər verir ki, polis əməkdaşı Bakıda Nobel prospektində, Azərbaycan Futbol Federasiyası Asossiasiyasının inzibati binasının yaxınlığında dəhşətli qəza törədib. Bu barədə jurnalist Günay Novruzqızı məlumat verib.

O, “Passat” markalı avtomobilin sürətlə gəldiyini və nəticədə “Kamaz”ın altına girdiyini bildirib: “Bir az əvvəl Allah məni və anamı çox böyük qəzadan qorudu. Yolda “Şumaxerlik” edən bu avtombilin sahibini də... Yüksək sürətlə “Kamaz”ın altına girən maşın fırlanıb mənim qarşıma çıxdı. Xoşbəxtlikdən mən öncədən bu avtomobilin manevrlərini güzgüdən gördüm və sürətimi azaltdım. Yüngül zədə ilə qəzanı atlatdım. Qəzanı törədən şəxs polis geyimində idi. Başı qanamışdı. Tez hadisə yerindən apardılar. Biz hələ də burdayıq”.

 

***

Report-un məlumatına görə, “Passat” əvvəlcə “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra “KamAZ” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində “Passat”ın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra “Passat”ın dövlət nömrə nişanı çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Fotolar Trend və Report-a məxsusdur.