Bakıda polis polkovnik-leytenantı parkda öldü

bakida-polis-polkovnik-leytenanti-parkda-oldu
Oxunma sayı: 9326

Azərbaycanda yüksək vəzifəli polis parkda dünyasını dəyişib.

Qafqazinfo” criminal.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baş inspektor, polis polkovnik-leytenantı Ceyhun Həsənov səhər saatlarında Nərimanov rayonu ərazisindəki Dədə Qorqud parkında idman edərkən qəfildən halı pisləşib. Yerə yıxılan polkovnik-leytenantın başı daşa dəyib və o, dünyasını dəyişib.

Dərhal hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilsə də onun öldüyü məlum olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.