Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

bakida-piyadani-vurub-qacan-surucu-tutuldu
Oxunma sayı: 1156

Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü, paytaxt sakini Emin Günəşli saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.