Bakıda nişanlı qızın qızılları oğurlandı

bakida-nisanli-qizin-qizillari-ogurlandi
Oxunma sayı: 1686

Abşeron rayonunda oğurluq faktı qeydə alınıb.

“Qafqazinfo”nun ans-ə istinadən məlumatına görə, Abşeron rayonu Xırdalan şəhəri Xəlil Rza küçəsi 94 ünvanına soxulan naməlum şəxs və ya şəxslər evdə heç kimin olmamasından istifadə edərək, mənzili qarət ediblər.

Zərərçəkən Əsmər Novruzova deyir ki, oğrular evdən özünə və qızına məxus qızıl üzükləri, kompüter, telefon və paltar aparıblar.

Evin həyətinə hasardan aşan qarətçi mənzilə dəmir barmaqlıqları olmayan pəncərədən keçib. Ev sahiblərinin geri qayıdışında isə, iş-işdən keçmiş olub. Novruzovların qızının keçən ay toyu olacaqmış, amma yas olduğundan toy təxirə salınıb.

Zərərçəkənlərin sözlərinə görə, bu onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəl də evləri qarət edilib.

Ümumilikdə 6 min manat dəyərində qızıl-zinyət əşyaları və 500 manat nəğd pulun oğurlandığı hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Hazırda polis qarəti törədən şəxs və ya şəxslərin axtarışını həyata keçirir.