Bakıda nazirlik əməkdaşının evi soyulub - 30 min AZN, 8 min dollar...

bakida-nazirlik-emekdasinin-evi-soyulub
Oxunma sayı: 4994

Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərisini sıxıb açmaqla içəri daxil olublar. Oğrular evdən 30 000 manat, 8 000 dollar və dəyəri 10 000 manat olan qızıl-zinət əşyaları aparıblar.

Nazirlik əməkdaşı oğurluq faktını işdən evə qayıtdıqdan sonra öyrənib. O, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.