Bakıda möcüzə kimi qəza - Fotolar

bakida-mocuze-kimi-qeza-
Oxunma sayı: 12341

Bir neçə dəqiqə əvvəl Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” olke.az-a istinadən xəbər verir ki, Nobel prospektində "Azure" yaşayış kompleksinin qarşısında “BMW X5” markalı minik avtomobili səkiyə çırpılıb. Bir neçə dövrə vuran avtomobil iki yerə bölünüb.

Xətai rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb.