Bakıda metronun qarşısında qadına qarşı cinayət

-bakida-metronun-qarsisinda-qadina-qarsi-cinayet
Oxunma sayı: 2255

Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında - Şərifzadə küşəsində naməlum şəxs Mirzəyeva Zima Zülfüqar qızına hücum edib.

Həmin şəxs qadına hədə-qorxu gələrək pul tələb edib və onun üzərindəki 70 manat pulu ələ keçirərək qaçıb.

Qadın başına gələnlərlə bağlı polisə müraciət edib. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.