Bakıda “Mercedes” yandı

bakida-mercedes-yandi
Oxunma sayı: 892

Xəzər rayonunda yanğın hadisəsi baş verib.

Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil yanıb.

Hadisə Aeroport şosesində qeydə alınıb. Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin mühərrik hissəsində qısaqapanma baş verib və mühərrik tüstüləməyə başlayıb. Bunu görən sürücü dərhal avtomobili saxlayıb. Tüstülənən avtomobil alovlanıb.

Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanan avtomobil söndürülüb. Avtomobilin mühərrik hissəsi tamamilə yansa da, digər hissələr yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.