Bakıda maşın yandı - Fotolar

bakida-masin-yandi
Oxunma sayı: 1276

Bakıda avtomobil yanıb. "Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində, Azər Manafov küçəsində (metronun Qara Qarayev stansiyasının yaxınlığı) "Mitsubishi" markalı cip tamamilə yanıb.

Avtomobilin mühərrikində başlayan yanğın sürətlə onun salonua keçib və nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb.

Yanğın nəticəsində yaxınlıqdakı bir ədəd irigövdəli ağac da yanıb. Hadisə yerinə gələn yanğınsöndrmə briqadası digər ağacların yanmasının, eləcə də alovun yaşayış binasına keçməsinin qarşısını alıb.