Bakıda maşın bazarında güclü yanğın - Yenilənib+Video

bakida-masin-bazarinda-guclu-yangin
Oxunma sayı: 12272

Bakıda güclü yanğın başlayıb.

Qafqazinfo” xəbər verir ki, hadisə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Bu barədə jurnalist Əzizə İsmayılova məlumat yayıb. O qeyd edib ki, yanğın həmin ərazidəki körpünün altında yerləşən maşın bazarında baş verib.

***

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 20-ə yaxın yanğınsöndürən maşını cəlb olunub. Yanğının lokallaşdırılması üçün iş gedir. 

Yanğının baş verdiyi ərazini qatı tüstü bürüyüb. Körpüdən “Xalqlar Dostluğu” istiqamətində olan yollar bağlanıb, hərəkət məhdudlaşdırılıb.

***

Yanğının bazarın əsasən səyyar satış mağazalarında şiddətli olduğu bildirilir. Maşın bazarının ətrafında partlayış səsləri eşidilir.

***

“Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb”.

Bu haqda FHN məlumat yayıb. Nazirlik qeyd edib ki, yanğın haqda əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik: