Bakıda küçədə kişi meyiti tapıldı

bakida-kucede-kisi-meyiti-tapildi
Oxunma sayı: 1367

Bakıda qətl törədilib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Zeynal Xəlil küçəsi, 307 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb

Onun bıçaqla qətlə yetirildiyi bildirilir.

Hazırda hadisə yerində Nərimanov rayon polis və prokurorluğunun əməkdaşları işləyir.

Qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilir. Onuna hadisə yerində və yaxud digər yerdə bıçaqlandığı dəqiqləşdirilir. 

***

Bakıda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub.

O, 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğludur.

İslam Hüseynovun qohumu tərəfindən bıçaqlandığı, yaralı vəziyyətdə Zeynal Xəlil küçəsinə qədər gəldiyi və orda dünyasını dəyişdiyi bildirilir. Meyiti Zeynal Xəlil küçəsi, 307 ünvanının sakinləri tapıblar və polisə məlumat veriblər.