Bakıda komendantın otağından - 11 minlik oğurluq

bakida-komendantin-otagindan-
Oxunma sayı: 1683

Bakının Yasamal rayonunda binanın komendantının pulu oğurlanıb.

Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, hadisə H.Zərdabi küçəsi, ev 74A ünvanında baş verib.

Belə ki, binanın komendantı, Bakı şəhər sakini, 58 yaşlı Fuad Dadaşovun xidməti otağından açarseçmə yolu ilə içərisində 10 800 manat olan seyf oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.