Bakıda iki yük maşını yandı

bakida-iki-yuk-masini-yandi
Oxunma sayı: 821

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.