Bakıda iki uşaq anası doğuşdan sonra öldü - Foto

bakida-iki-usaq-anasi-dogusdan-sonra-oldu
Oxunma sayı: 7579

Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, xəstənin yaxınlarının APA-ya verdiyi məlumata görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.