Bakıda yanan gəminin adı “Şair Sabir”miş...

bakida-yanan-geminin-adi-sair-sabirmis
Oxunma sayı: 2308

Bakı şəhəri, Səbail rayonunda doğranmaqda olan gəminin yanar hissələri yanıb.

Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yaxınlıqda lövbər almış digər gəmilər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dünən saat 17-26 radələrində Səbail rayonu, Bibiheybət qəsəbəsi yaxınlığında yerləşən Liman bazasında Baku Stell Kompani tərəfindən köhnə "Şair Sabir" gəmisinin kəsilməsi zamanı gəminin 30 kv. metr sahədə yanar konstruksiyaları yanıb.

Gəmdəki yanğın saat 03-37-də tam söndürülüb.

Xəsarət alan yoxdur.