Bakıda gəlinlik mağazasına şok hücum - Video

bakida-gelinlik-magazasina-sok-hucum-
Oxunma sayı: 5180

Naməlum şəxs Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən gəlinlik mağazasına daxil olaraq gəlinlikləri yararsız hala salıb. Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən səhər saat 11 radələrində baş verib.

QafqazinfoAPA TV-yə istinadən xəbər verir ki, mağazanı açan sahibkar gənc oğlanın obyektə daxil olduğunu görüb. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb. Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibi deyir ki, həmin paltarlar xaricdən gətirilir və ona 100 min manatdan çox ziyan dəyib.

Hadisənin kim tərəfindən törədildiyi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib.