Bakıda əxlaqsızlıq yuvası aşkar edildi

bakida-exlaqsizliq-yuvasi-askar-edildi-
Oxunma sayı: 5144

Qara Qarayev prospektindəki mənzillərdən birində əxlaqsızlıq yuvası müəyyən edilib. 

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nurlan Qaraxanovun gəlir əldə etmək məqsədi ilə mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib. 

Daha bir əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nərminə Məcidovanın qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. 

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.