Bakıda evdən 55 minlik qızıl oğurlandı

bakida-evden-55-minlik-qizil-ogurlandi
Oxunma sayı: 1138

Bakıda mənzildən 55 min manatlıq qızıl oğurlanıb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55000 manat dəyərində qızıl əşyaların və 1 ədəd planşetin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib.

Oğurlanan qızıl əşyalar Ş.Bəkirovun qohumu tərəfindən Xəzər Rayon Polis İdarəsinə təhvil verilib.