Bakıda ev sahibini öldürənə 15 il verildi

bakida-ev-sahibini-oldurene-15-il-verildi
Oxunma sayı: 1159

Bu gün Bakı Ağır Cinayələr Məhkəməsində ev sahibini öldürməkdə təqsirləndirilən Raznobarski Yan Tahiroviçin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının verdiyi hökmə görə Yan Tahiroviç 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Y.Tahiroviç Bakıda ev aldığı Murad Səyidovu güllələyərək öldürüb.

Murad Əhməd